Siyasət

Pakistan Azərbaycanın davamlı dəstəyini çox yüksək qiymətləndirir


Pakistan Azərbaycanın davamlı dəstəyini çox yüksək qiymətləndirir. SİA xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin “X”də yazıb.

“Hindistanın günahsız mülki şəxslərə qarşı hücumu qarşısında Azərbaycanın Pakistana davamlı dəstəyini çox yüksək qiymətləndiririk. Pakistan və Azərbaycan qardaş olaraq daim birlikdə olacaqlar!”,- diplomat qeyd edib.