Sabah hava necə olacaq?
“Mayın 8-i və 9-da, yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 23–28 dərəcə isti olacaq”. Bu sözləri SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, bölgələrdə, əksər rayonlarda əsasən yağmursuz hava şəraiti gözlənilir: “Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı və dolu düşəcəyi mümkündür. Mülayim qərb küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 25–30, dağlıq ərazilərdə isə 15–20 dərəcə isti olacaq”.
Müəllif: Günel Fərzəliyeva