Roma Katolik Kilsəsinin rəhbəri Robert Fransis Prevost olub
Yeni – 267-ci Roma Katolik Kilsəsinin rəhbəri ABŞ-dan olan kardinal Robert Fransis Prevost seçilib.
SİA xəbər verir ki, katoliklərin yeni ruhani lideri Müqəddəs Pyotr Kilsəsinin eyvanından dünyaya tanıdılıb. Onun adı Leo XIV olacaq.
Uzun illər Peruda işləyən 69 yaşlı Prevost yoxsullara münasibəti və immiqrasiya siyasətləri baxımından Papa Fransisklə oxşar fikirlərə sahibdir.
Robert Fransis Prevost ABŞ-dan seçilən ilk Papadır.