Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Böyük Britaniya Xəzinədarlığının sənədinə əsasən, “Soglasie” sığorta şirkəti və 101 tankerin Rusiya Federasiyası ilə əlaqəsinə görə Rusiyaya qarşı sanksiyalar genişləndirilib. SİA xəbər verir ki, məhdudiyyətlər həmçinin Honq-Konqda yerləşən batareya istehsalçısı “BX Energy” və müstəqil ticarət şirkəti olan “Nord Axis Ltd”yə də tətbiq edilib. Onların Rusiya karbohidrogenlərinin ticarəti ilə məşğul olduqları iddia edilir.
Norveçin texniki xidmət göstərən “Romarine AS” şirkəti də sanksiyalara məruz qalıb.
“Coral Energy Group”un (keçmiş “2Rivers Group”) rəhbər işçiləri olan 5 Azərbaycan vətəndaşı da sanksiya siyahısına əlavə edilib. Onların Rusiyanın “kölgə donanması” ilə əlaqəli olduğu güman edilir.