Siyasət

DİN əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər


Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür. SİA xəbər verir ki, bu münasibətlə Daxili İşlər Nazirliyinin əməkdaşları mayın 9-da Fəxri xiyabana gedərək müstəqil dövlətimizin memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.