Hər iki ayağını itirən ukraynalı əsgər sevgilisinə evlilik təklifi edib və…
…Ağır xəsarətdən hər iki ayağını itirən, əsirlikdən sağ qayıdan ukraynalı hərbçi sevgilisinə evlənməklə bağlı etdiyi təklifə “hə” cavabı alıb.
SİA-nın məlumatına görə, keçmiş ukraynalı döyüşçü bu şad xəbəri sosial şəbəkələrdə paylaşıb.
Ukraynalı bu təklifi Lvovda reabilitasiya kursu keçən Superhumans mərkəzində verib.
…Kadrlarda oğlanın hazırlaşdığı görünür. Bir anlıq sevgilisi Anna üz döndərərkən Vyaçeslav diz çökürək nişan üzüyünü onun qarşısında açır.
Qız çox həyəcanlı və eyni zamanda xoşbəxt görünür. Müdafiəçi sosial şəbəkədə mesajına “O, hə dedi” yazıbss.
…Ağlayan tək mən deyiləm, eləmi? Uzun yaşa və xoşbəxtliyinizi qoruyun. Sona qədər və ölənə qədər bizimlə olan belə qadınlara böyük hörmət və təriflər…
Dostlar və istifadəçilər TikTok-da şərhlərdə təbrik edibrlər.
…Deməli, Vyaçeslav Kutyinin 29 yaşı var. O, əslən Dnepropetrovsk vilayətindəndir, lakin Lutskda böyüyüb. 2014-cü ildə 18 yaşlı oğlan kimi xaricə köçüb. Tammiqyaslı işğalın başlamasından az sonra Vyaçeslav vətəni Ukraynaya qayıdıb və Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub. Bunu “Suspilne Lviv” yazır.
O, 13 ay rus əsirliyində olub və 2025-ci ilin yanvarında oradan qayıdıb. Həmin vaxt ciddi xəsarət alıb və nəticədə hər iki ayağını itirib. Evə qayıtdıqdan sonra Superhumansda reabilitasiya edilib.
Əli Babayev