Moskvada faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə parad keçirilib
Rusiyanın paytaxtı Moskva şəhərindəki Qırmızı meydanda faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə Qələbə paradı keçirilib. SİA xəbər verir ki, əvvəlcə Rusiya Prezidenti Vladimir Putin çıxış edib, İkinci Dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Rusiya Prezidenti paradı qəbul edib.
Rusiya Prezidenti Vladimir Putin və rəsmi qonaqlar – xarici ölkələrin rəhbərləri “Naməlum əsgər”in məzarını və “Əbədi məşəl” abidəsini ziyarət ediblər.