ABŞ-da qızılcaya yoluxanların sayı aşkarlanıb…
…Qızılcaya yoluxan amerikalıların sayı min nəfəri keçib.
SİA-nın məlumatına görə, bu rəqəm ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) tərəfindən açıqlanıb.
…Cəmi 1,001 təsdiqlənmiş qızılca hadisəsi var.
Bunu CDC bildirib.
ABŞ-ın 30 ştatında bu xəstəliyə yoluxma hallarının müəyyən edildiyi bildirilir.
Bundan əvvəl bildirilmişdi ki, Sankt-Peterburq Dövlət Universitetinin alimləri Rusiyanın Şimal-Qərb Federal Dairəsinin sakinlərinin demək olar ki, üçdə birinin qızılcadan qorunmadığını, yəni sürü immunitetinin səviyyəsinin epidemiyanın qarşısını almaq üçün yetərli olmadığını müəyyən ediblər.
Nazlı Almuradova