Siyasət

ANAMA kollektivi Ulu Öndərin məzarını ziyarət edib


Müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər gül dəstələri qoyublar. SİA xəbər verir ki, ziyarətçilər daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.