“Azərişıq” ASC-nin əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər
“Azərişıq” ASC-nin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
SİA-nın məlumatına görə, “Azərişıq” ASC-dən bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.