“Prezidentin azad Qarabağa növbəti səfəri çox mühümdür”
“Cənab Prezidentin azad Qarabağa növbəti səfəri Azərbaycan dövlətinin həyatında mühüm hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bu səfərdə bir daha biz ölkə olaraq nümayiş etdiririk ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası dövlətin və cəmiyyətin proritet məsələsidir: “Bu məsələyə dövlətimiz hər zaman ən öndə bir iş kimi baxıb. Cənab Prezidentin hər dəfə Şərqi Zəngəzura və Qarabağa iqtisadi zonasına səfərləri həm indiyə qədər görülən işlərin yekunu olmaq baxımından əhəmiyyətlidir, həmdə Prezident cənab İlham Əliyevin bölgələrə belə səfərlər etdikcə oralarda yeni-yeni layihələrin startını verir. Bu dəfədə biz şahidi olduq ki, bir neçə mühüm infrastruktur obyektinin açılışı oldu, həm də yeni obyektlərin əsasının qoyulmasını gördük. Bunlar bütünlüklə maraqlı və əhəmiyyətli hadisələrdir. Ölkə içtimaiyyətinə böyük mesajlardır ki, işğaldan azad olunmuş ərazilərin bərpası Azərbaycan dövlətinin və şəxsən cənab Prezidentin nəzəridən heç zaman düşmür. Dünyayada bu bir mesajdır ki, Azərbaycanın ərazilərini işğaldan azad etmək qüdrəti olduğu kimi, ermənilərin dağıtdığı bölgələri yenidən daha gözəl formada bərpa etmək gücü və imkanıda var. Bu səfər çox əhəmiyyətli səfərdir. Lazımdır ki, ölkənin cənab Prezident başda olmaqnan bütün idarə etmə heyyəti bu səfərin əhəmiyyətinə lazımi dəyər verə bilsin. Eyni zaman da bütün dövlət məmurlarıda cənab Prezidentin bölgələrə göstərdiyi qayğıdan nəticə çıxartmaldırlar. Hər bir məmur özünün vəzifə borcu olaraq bu bölgələrin bərpasında nə qədər məsul olduğunu anlasın və bölgələrimizin bərpa olunmasında cənab Prezidentlə bərabər fəaliyyət göstərmək hər bir vətəndaşın və hər bir dövlət məmurunun borcudur”.