Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi şərtləri açıqlanıb…
Moskva 30 günlük atəşkəs və Ukrayna ilə bağlı sülh danışıqları ilə razılaşmasa, Qərb Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır.
SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk deyib.
…Bizim hazırlığımız və qətiyyətimiz ondan ibarətdir ki, atəşkəs və sülh danışıqlarının dərhal başlaması ilə bağlı bu təklif rədd edilərsə, o zaman biz sanksiyaları artırmağa hazırıq. Polşa hökumətinin başçısının sözlərinə görə, bunu Kiyevdəki danışıqların bütün iştirakçıları və ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı təsdiqləyib. O, həmçinin qeyd edib ki, bu təklifin təşəbbüskarları atəşkəs perspektivləri ilə bağlı “ehtiyatlı optimistlərdir.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Donald Trampa Rusiya ilə birbaşa danışıqlara başlamağa hazır olduğunu bildirib.
O, aydınlaşdırıb ki, Moskva atəşkəslə razılaşarsa, bu, mümkündür.
Əli Babayev