Dünya

Ukraynanın “MiQ-29” təyyarəsi rusların bazasını məhv edib


…Ukrayna Silahlı Qüvvələrinə məxsus “MiQ-29” qırıcısı Fransanın AASM-250 HAMMER idarəolunan aviabombalarından istifadə edərək Ukraynanın cənubunda işğal olunmuş yaşayış məntəqələrindən birində rusların olduğu iki evi dağıdıb.

SİA-nın məlumatına görə, bu barədə aviasiya mövzularında ixtisaslaşan “Sonyaşnik” Telegram kanalı müvafiq videoçarx dərc edərək bildirib.

Pilotsuz uçan aparatların operatorları əvvəlcə “yağlı” hədəfləri görüb, göstərilən evlərdə çoxlu rus əsgərinin olduğuna əmin olublar – bunu videonun birinci hissəsində görmək olar.

Daha sonra bombaları buraxan qırıcı təyyarənin uçuşu göstərilir.

Videonun üçüncü hissəsində yaxınlıqdakı evlərə demək olar ki, eyni vaxtda vurulan zərbələr, güclü partlayışlar, bundan sonra binaların əvəzinə yalnız kraterlərin qalması göstərilir. Şərhdə deyilir: “Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin səylərinin çoxu PUA operatorlarını, komanda məntəqələrini, su gəmilərini və canlı qüvvəni məhv etməyə yönəlib”.

Əli Babayev