Siyasət

Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib


Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin ərazisində keçirilən aksiya çərçivəsində 2000 ədəd eldar şamı və zeytun ağacı əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.