Siyasət

YAP nümayəndələri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər


Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əkil və gül dəstələri qoyublar.

SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.