Dünya

Nigeriyada hərbi əməliyyatlar – 11 terrorçu lider məhv edildi


Nigeriyada hökumət qüvvələrinin son antiterror əməliyyatları nəticəsində 11 terrorçu lider zərərsizləşdirilib. SİA xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Məhəmməd Badaru açıqlama verib.

Nazirin sözlərinə görə, ölkənin şimalında “ən çox axtarılan” terrorçulardan biri kimi tanınan Bello Turji davam edən əməliyyatlar nəticəsində qaçıb və hazırda axtarışdadır.