Dünya

Türkiyədə bir gündə baş verən yol qəzalarında 9 nəfər ölüb


Ötən gün Türkiyənin Çanaqqala vilayətində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. İyirmi nəfər isə yaralı olaraq xəstəxanalara yerləşdirilib. SİA xəbər verir ki, hadisə ilə bağlı Çanaqqala valisi Ömer Toraman açıqlama verib.

Bildirilib ki, qəza nəticəsində ölənlərdən biri yük maşınının sürücüsüdür. Avtobusda ümumilikdə 25 nəfər olub. Onlardan beşi hadisə yerində, üçü isə xəstəxanada həyatını itirib. 20 nəfərin müalicəsi davam edir, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Türkiyədə daha bir qəza İstanbulda baş verib.

Şəhərin Beylikdüzü rayonunda iki “metrobus” toqquşub. Hadisə zamanı bir nəfər həlak olub. 40 nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.