Ulu Öndərin doğum günü Rustavidə də qeyd olunub
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Rustavidə də qeyd edilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, xəbər verir ki, Rustavi Təhsil və Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə böyük şəxsiyyətin Rustavidəki abidəsinin ziyarət edib, önünə əklili və gül dəstələri düzüblər.
Sonra tədbir Rustavi Təhsil və Mədəniyyət Mərkəzinin ofisində davam edib.
Mərkəzin rəhbəri Raidə Dərziyeva Ulu Öndərin həyat və fəaliyyətindən danışıb, dahi şəxsiyyətin xatirəsinin hər zaman əziz tutulduğunu qeyd edib. Bildirib ki, görkəmli siyasi xadim Ulu Öndərin xatirəsinin əziz tutulması dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların vəfa borcudur.
Şair-publisist Rafiq Hümmət “Heydər Əliyevin dəqiq strategiyası” adlı məruzə ilə çıxış edərək, bu strategiyanın 44 günlük Vətən müharibəsindəki qələbədə mühüm əhəmiyyətindən bəhs edib.
Sonra Mərkəzin hüquqşünası Rövşən Ziyadəliyev, Rustavi şəhər sakini Vəfa Şərifova və başqaları çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı və Azərbaycan-Gürcüstan münasibətlərinin daha da möhkəmlənməsindəki misilsiz xidmətlərindən danışmışlar.