Ceyhun Bayramov ərəb həmkarı ilə danışdı
Mayın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyindən bildirilib ki, telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazirlər siyasi, iqtisadi, ticarət, energetika, turizm və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərini nəzərdən keçiriblər.
Nazirlər, həmçinin beynəlxalq platformalarda əməkdaşlıq istiqamətlərindən və qarşılıqlı dəstəkdən məmnun olduqlarını bildiriblər.
Telefon danışığı zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.