Londonda metrosunda elektrik kəsilib…
Londonda baş vermiş elektrik enerjisi kəsintisi paytaxtın metro nəqliyyatında böyük axsamalara səbəb olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Bakerloo” və “Suffragette” metro xətləri tamamilə fəaliyyətini dayandırıb. “Elizabeth”, “Jubilee” və “Northern” xətlərində isə ciddi gecikmələr və qismən dayandırılmalar müşahidə olunub.
London Nəqliyyat İdarəsinin (TfL) nümayəndəsi bildirib ki, Londonun cənub-qərbində cəmi bir neçə dəqiqəlik baş verən elektrik kəsintisi milli şəbəkədə (National Grid) yaranan problemə görə bütün sistemin dayanmasına səbəb olub. Nəticədə bəzi qatarlar bir müddət tuneldə ilişib qalıblar.
Hazırda metronun normal fəaliyyətini bərpa etmək üçün işlərin davam etdiyi qeyd olunub.