Dünya

Tramp mayın 15-də İstanbula gələ bilər…


ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna nümayəndə heyətlərinin mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan görüşündə iştirak edə biləcəyini bildirib.

SİA-nın məlumatına görə, bu barədə Reuters xəbər verir.

Ağ Ev rəhbərinin sözlərinə görə, o, qarşıdan gələn görüşlə bağlı nikbindir. Eyni zamanda Tramp bu görüşdə Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenskinin də iştirak edə biləcəyini də bildirib.

Lakin Tramp təyin olunan gündə İstanbula səfər edə biləcəyinə hələlik əmin deyil. Ağ Ev rəhbərinin aydınlaşdırdığı kimi, onun artıq mayın 15-nə planlaşdırılan çoxlu görüşləri var.

…Mən təkid etdim ki, bu görüşün baş tutması və olacaq. Cümə axşamı Türkiyədə Rusiya və Ukrayna arasında keçirilən görüşün nəticələrinin yaxşı olacağını düşünürəm. İnanıram ki, hər iki lider orada olacaq. Ora uçmağı düşünürdüm.

… Bundan əvvəl Putin Moskva və Kiyev arasında birbaşa danışıqların bərpasını təklif etmişdi. Daha sonra Vladimir Zelenski Türkiyədə Putinlə şəxsi görüş keçirmək istədiyini bildirib.

Əli Babayev