Aktyor Samuel French xərçənglə mübarizəsini uduzub
“Fear the Walking Dead” və “Killers of the Flower Moon” kimi filmlərdə rol alan aktyor Samuel French 45 yaşında vəfat edib. SİA xarici mətbuata istinadən bildirir ki, o, uzun müddətdir ki, xərçənglə mübarizə aparırdı.
ABŞ istehsalı olan bir çox film və serialda rol almış French, xüsusilə “Killers of the Flower Moon” (Dolunay Qatilləri) filmində gizli FBI agenti CJ Robinson obrazı ilə tanınıb. Aktyor bu gün səhər saatlarında dünyasını dəyişib.
45 yaşında həyatını itirən French 23 aprel tarixində müalicə olunduğu xəstəxanada çəkilən bir fotosunu sosial şəbəkədə paylaşmışdı.
O, Montgomery-nin rejissorluq etdiyi “Monsters Within” adlı triller filmində də rol alıb və bu filmdəki çıxışı ilə 2025 Cowpokes Beynəlxalq Film Festivalında “Tammetrajlı Filmdə Ən Yaxşı İkinci Dərəcəli Kişi Aktyor” mükafatını qazanıb.
Müəllif: Günel Fərzəliyeva