Almaniyada kral həbs olunub..?
Almaniyada separatçı “Almaniya Krallığı” təşkilatı qadağan edilib və özünü monarx elan edən Peter Fitzek həbs olunub. SİA xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. …Bu ekstremistlər Almaniya ərazisində paralel dövlət yaradıb və kriminal maliyyə əməliyyatları ilə məşğul olublar.
Bunu Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt bildirib.
Daxili İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, basqınlar nəticəsində “krallığın” dörd lideri, o cümlədən özünü “Kral I Pyotr” elan edən fırıldaqçı monarx həbs edilib.
Dobrindt, təşkilatın hakimiyyət iddialarını antisemitizm sui-qəsd nəzəriyyələri ilə dəstəklədiyini söyləyib.
…Aprel ayında özünü taxt-tacın varisi elan edən Rumıniya kralı II Karolun nəvəsi Parisdə həbs edilib.
Əli Babayev