Dünya

Çin Latın Amerikası ölkələrinə 9,2 milyard dollar kredit verəcək


Çin Latın Amerikası ölkələrinə 66 milyard yuan (Çin Mərkəzi Bankının hazırkı məzənnəsi ilə təxminən 9,2 milyard dollar) məbləğində kredit verəcək. SİA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin deyib.

“Çin Latın Amerikası tərəfinə 66 milyard yuan məbləğində kredit xətti verəcək”, – deyə o, Çin-Latın Amerikası və Karib Hövzəsi Dövlətləri İcması (CELAC) forumunun 4-cü nazirlər iclasının açılış mərasimində çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Çin bu regiondakı ölkələrdən daha keyfiyyətli məhsul idxal etmək niyyətindədir. “Biz Latın Amerikası və Karib hövzəsi ölkələrinin inkişafını dəstəkləmək üçün investisiya axınının artırılmasını stimullaşdıracağıq”, – deyə o vurğulayıb.