“Çinin “Çin üstəgəl bir” srategiya hücum altında…”
ABŞ və Çin, əvvəllər istehsalı Çindən uzaqlaşdırmaqdan faydalanan ölkələr üçün qeyri-müəyyənlik yaradaraq, tarif müharibəsində 90 günlük fasiləyə razılaşıblar.
SİA-nın məlumatına görə, bu barədə Reuters yazır.
Söhbət “Çin üstəgəl bir” adlı qlobal şirkətlərin Çində istehsalın davam etdirilməsi, eyni zamanda daha aşağı xərcləri və siyasi riskləri olan digər ölkələrdə – məsələn, Vyetnam, Tayland, Malayziya və Meksikada alternativ istehsal sahələrinin inkişaf etdirilməsini nəzərdə tutan strategiyalarından gedir.
Son vaxtlara qədər bu ölkələr çoxmillətli korporasiyaların artan marağı ilə müşahidə olunurdu, xüsusən də ABŞ-ın Çin mallarına tətbiq etdiyi tariflər 145 faizə yüksəlib.
Müqayisə üçün qeyd edək ki, Vyetnamda tarif dərəcəsi 46, Taylandda 36, Malayziyada isə 24 faiz olub.
Bu fərqlər ölkələrə investisiya rəqabətində üstünlük verirdi. Lakin indi vəziyyət dəyişib. ABŞ-Çin ticarətində irəliləyişdən sonra Çin mallarına tətbiq edilən tariflər müvəqqəti də olsa, 30 faizə endirilib.
Bu, “Çin üstəgəl bir” ölkələrinin riskləri şaxələndirməyə çalışan bizneslərin marağını qorumasını çətinləşdirir.
Şimali Amerikalı ticarət eksperti Dieqo Marroquin Bitar deyir ki,..şirkətlər investisiyaları kəsib gözləyəcəklər. Oyunun qaydaları çox tez dəyişir.
Çin istehsalına əsas ev sahibliyi edən Vyetnamda xarici investisiyalar apreldə mart ayı ilə müqayisədə 30 faiz azalıb. USMCA razılaşmasına əsasən ABŞ-la rüsumsuz rejimdən istifadə edən Meksika da öz mövqeyini gücləndirməyə tələsir və avtomobillərə daha aşağı tariflər barədə danışıqlar aparır.
Meksikanın Çindəki keçmiş səfiri Jorge Guajardo, “…əgər siz Walmart və ya Home Depotsinizsə, əlbəttə ki, fasilə verməkdən xoşbəxtsiniz, lakin siz artıq başqa tədarük mənbələri axtarırsınız”,-deyib.
Tarif müharibəsindəki fasilə beləliklə istehsalın Çindən kənara çıxarılması stimulunu zəiflədə bilər – eyni zamanda böyümənin əsas sürücüsü kimi “Çin üstəgəl bir” strategiyasına arxalanan ölkələrə təzyiqi artıra bilər.
Əli Babayev