Azərbaycan “Dubai FinTech Summit 2025” tədbirində təmsil olunub
Dubayda keçirilən “Dubai FinTech Summit 2025” tədbirində Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, innovasiya təşəbbüsləri və maliyyə texnologiyalarının tətbiqi sahəsində görülən işlərdən bəhs olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, sammitdə çıxış edən İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bu barədə ətraflı məlumat verib.
Fariz Cəfərov “Şirkətlər, maliyyə sistemləri və ümumi iqtisadiyyat: qlobal rəqəmsal innovasiya sistemlərinin transformasiyası” adlı paneldə çıxış edib.
“Dubai FinTech Summit 2025” maliyyə texnologiyaları sahəsində liderləri, innovatorları və siyasətçiləri bir araya gətirən nüfuzlu beynəlxalq tədbirdir. “Dubai International Financial Centre” (DIFC) tərəfindən təşkil olunan sammit texnologiya vasitəsilə daha əlçatan və inklüziv maliyyə xidmətlərinin təşviqini hədəfləyir.
Tədbirdə 100-dən çox ölkədən 8000-dən artıq iştirakçı, 300-dən çox spiker və 1000-dən artıq investor iştirak edib.