Pakistanlılar “rus dilini öyrənmək” üçün Belarusa gələcəklər…
…Belarus hərbi qulluqçuları və mülki mütəxəssislər Pakistandakı təhsil müəssisələrində ingilis dilini öyrənə biləcəklər.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bu, iki ölkənin nazirliklərinin imzaladığı ikitərəfli hərbi əməkdaşlıq haqqında sazişdə nəzərdə tutulub.
Mayın 14-də sənəd Milli Hüquq İnternet Portalında dərc olunub.
Müqavilə Pakistan hərbçiləri üçün də analoji müddəa nəzərdə tutur: onlar Belarusda rus dilini öyrənə biləcəklər.
Sazişdə müəyyən edilmiş digər əməkdaşlıq formalarına aşağıdakılar daxildir:
-hərbi idarələrin rəhbərlərinin rəsmi səfərləri;
-tərəflərin işgüzar səfərləri, görüşləri və məsləhətləşmələri;
-hərbi personalın və mülki mütəxəssislərin “qarşılıqlılıq əsasında” hazırlanması….
….Müdafiə nazirlikləri bütün növ humanitar qarşılıqlı yardımın göstərilməsi barədə razılığa gəliblər: birgə hərbi təlimlərdə, idman təlimlərində və yarışlarda iştirak etmək.
Əli Babayev