AMB “Sənaye Bankı” və “Bank Avrasiya”ya icrası məcburi sərəncamlar verib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Sənaye Bankı” və “Bank Avrasiya” ASC-lərə icrası məcburi sərəncamlar verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, banklar “Banklarda korporativ idarəetmə Standartları”nın 4.8-ci bəndinin tələbini pozub. Odur ki, “Banklar haqqında” qanunun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq kredit təşkilatlarına müvafiq pozuntu hallarının gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncamlar verilib.