Sosial

Azərbaycanda neçə şəhid ailəsi var?


2025-ci il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda şəhid ailələrinin üzvü olan 18 235 nəfərə Prezident təqaüdü təyin olunub. Bir nəfərə düşən orta aylıq təqaüdün məbləği 384,44 manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

2025-ci il aprel ayının 1-nə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, onların dul arvadları və 18 yaşına çatmamış uşaqları üçün təyin edilən Prezident təqaüdünü alanların sayı 180 nəfər olub (Bir nəfərə düşən orta aylıq təqaüdün məbləği 966 manat).

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslərə, onların dul arvadlarına və 18 yaşına çatmamış uşaqlarına təyin edilən Prezident təqaüdünü 179 nəfər alır (Bir nəfərə düşən orta aylıq təqaüdün məbləği 1 523 manat).

20 Yanvar şəhidinin ailəsi üçün verilən Prezident təqaüdü 85 nəfərə şamil olunur (Bir nəfərə düşən orta aylıq təqaüdün məbləği 547 manat).

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinin 30 nəfər üzvünə də Prezident təqaüdü verilir (Bir nəfərə düşən orta aylıq təqaüdün məbləği 600 manat).