Sosial

Gədəbəydə könüllü qanvermə aksiyası keçirilib


Gədəbəydə könüllü qanvermə aksiyası təşkil edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, aksiya rayon icra hakimiyyətinin və “Respublika Qan Bankı” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında reallaşıb.

Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. 60 nəfər rayon sakinindən tədarük olunan qan hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsində istifadə ediləcək.