Qarabağ

I Qarabağ müharibəsinin daha beş itkin-şəhidi dəfn olunacaq


Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha beş şəhid dəfn olunacaq. SİA xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

İtkin-şəhidlərin hamısı hərbçidir. Sabah dəfn olunacaq itkin-şəhidlər Məmmədov Yusif Mirzəli oğlu, Rüstəmov Miriş Məhəmməd oğlu, Məmmədov Muxtar Bayram oğlu, Abbasov Abuzər Tənzil oğlu və Ərzumanov Elşən İsaməddin oğludur.

Qeyd edək ki, Y.Məmmədovun nəşinin qalıqları saat 12.00-da Sumqayıt şəhəri Şəhidlər xiyabanında, M.Rüstəmov saat 14.00-da Ağcabədi şəhəri Şəhidlər xiyabanında, M.Məmmədov saat 12.00-da Şərur şəhəri Şəhidlər xiyabanında, A.Abbasov saat 15.00-da Zərdab rayonu Yuxarı Seyidlər kənd qəbiristanlığında, E.Ərzumanov isə saat 13.00-da Quba şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.