Trampı tənqid etdikləri üçün işdən qovuldular
ABŞ-da Kəşfiyyat üzrə Milli Şuranın sədri vəzifəsini icra edən Mayk Kollins vəzifəsindən azad edilib. SİA xəbər verir ki, bu barədə əmri ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard verib. ABŞ kəşfiyyatının yüksəkvəzifəli əməkdaşları “Fox News” telekanalına bildiriblər ki, Kollins siyasi qərəzlilikdə və Donald Tramp administrasiyasının fəaliyyətinə qəsdən zərbə vurmaqda ittiham olunub. Qabbardın, həmçinin Kollinsin müavini Mariya Lanqan-Raykhoffun da işdən azad edilməsini tapşırdığı qeyd edilib.