Türkiyə Suriyanın dünyaya yenidən inteqrasiyası üçün çalışmağa davam edir
Suriyanın yenidən qurulması üçün ortaq səylərlərə ehtiyac var. SİA xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO XİN rəhbərlərinin Antalyadakı qeyri-rəsmi toplantısından sonra mediaya brifinqdə deyib.
Fidan bildirib ki, Türkiyə Suriyanın yenidən dünyaya inteqrasiyası üçün çalışmağa davam edir: “İndiyə qədərki səylərimizin nəticəsinin olduğunu görürük və bundan məmnunuq”.