İqtisadiyyat

“Azərbaycan aqro sahəsinə mühüm önəm verir”


“Caspian- Agro 2025 sərgisi Azərbaycanın daha bir istiqamət üzrə önə çıxmasının nümunəsidir. Caspian-Agro 2025 sərgisində cənab Prezidentin özü şəxsən iştirak etmişdir. Bu da Azərbaycan Dövlət başçısının sərgiyə verdiyi böyük əhəmiyyətdən xəbər verir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, 30-dan çox dövlətin, 500-ə yaxın şirkətin iştirak etdiyi bu sərgidə müxtəlif növ kənd təsərrüfatı məhsulları, texnikaları, idarəetmə sistemləri nümayiş olunub: “Bu Cop29-dan sonra öz əhəmiyyətinə görə növbəti bir tədbirdir. Kənd Təsərrüfat Nazirliyinin təşəbbüsü ilə yaradılan Aqro sərgisi süni intellektin, texnikaların nümayiş edilməsi böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı Azərbaycan aqro sahəsinə də mühüm önəm verir. Bu sahədə ölkəmizdə çox ciddi imkanlar var. Əhalimizin kənd təsərrüfatı sahəsində illərlə davam edən təcrübəsi, ona əsas verir ki Azərbaycan bu istiqamətdə çox ciddi addımlar atsın”.

Vüqar Oruc qeyd edir ki, iqlim dəyişikliyinə qarşı Cop29 tədbirinin keçirilməsidə qarşımıza müəyyən hədəflər qoyub. O hədəflərdən biri də iqlim dəyişikliyinin kənd təsərrüfatına verə biləcək zərərlərinin qarşısı alınsın. Bu da beynəlxalq əməkdaşlığı zəruri edir. Beynəlxalq əməkdaşlığın zəruriliyi Caspian-Agro 2025 sərgisində özünü göstərdi ki, dövlətlər qrup halında öz təchizatları ilə iştirak edirdilər. Onlar öz məhsullarını nümayiş etdirir, eyni zamanda dövlətlərarası qlobal təcrübə mübadiləsinin təmin olunması istiqamətində addımlar atırdılar. Çünki bu cür sərgilərin əhəmiyyəti ondan ibarətdir ki, ayrı-ayrı dövlətlər öz təcrübələrini nümayiş etdirir və mübadilə edirlər. Eyni zamanda müzakirələrin nəticəsində qarşıda duran problemlərin həllərini daha yaxşı yollarla tapırlar. Bütün bunlar Azərbaycan Respublikasının aqrar siyasətə diqqətinin göstəricisidir. Bu sərgi Azərbaycanın qida məhsulları ilə təmin olunmasında fəaliyyətini daha da gücləndirilməsi istiqamətində önəmli faktordur. Caspian-Agro 2025 sərgisi Azərbaycanın bu sahədə liderlik səviyyəsində atdıqları addımın göstəricisidir.

Dünyada qqrar sahədə lider ölkə İsrail sayılır. Azərbaycanın da mövcud potensialları ilə bu istiqamətdə ciddi addımlar atması gözləniləndir. Bu sərgini aqrar sahəsində mühüm və əhəmiyyətli yeniliklərə nail olmaq istiqamətində ciddi mərhələ hesab etmək olar” – deyə o əlavə edib.