Füzuliyə dolu yağıb
Füzuli ərazisində yağışlı hava şəraiti daha sonra rayonun bir neçə yerində dolu yağıntısı ilə əvəzlənib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bugün hava şəraiti Füzuli ərazisində də yağıntı ilə müşahidə edilib. Rayonun bir neçə yerinə isə dolu yağıb. Saat 15 radələrində başlayan yağış bir müddət sonra doluya çevrilib. Dolu dənələrinin diametri təxminən 1 santimetrə yaxın olub və bir neçə dəqiqə yağdıqdan sonra yenidən yağışla əvəzlənib. Dolu yağıntısı əsasan Füzuli şəhər mərkəzinə, Haramı düzünün Füzuli rayonu ərazisinə düşən hissəsinə, Kərimbəyli, Şükürbəyli, və daha bir neçə kəndin ərazisinə düşüb.
Görüntüləri təqdim edirik.