Naxçıvanda bank əmanətləri 47 % artıb
Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 49 % artaraq bu aprel ayının 1-ə milli valyuta ekvivalentində 28 milyon 125 min 800 manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əmanətlərin 93,8 %-i milli, 6,2 %-i xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 47 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 88 % artıb.
Bundan başqa, bu ilin yanvar-aprel aylarında muxtar respublikada əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 71 milyon 403 min 400 manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,1 % çoxdur.