İqtisadiyyat

Naxçıvanda yük və sərnişin daşınması 1 %-ə yaxın artıb


Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda 2 milyon 248 min 300 ton yük, 15 milyon 41 min 100 sərnişin daşınıb. Bu barədə SİA-ya Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,8 %, sərnişin daşınması isə 0,7 % artıb.

Bundan başqa, 4 ay ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9 % artaraq 13 milyon 296 min 200 manat olub.

Xidmətlərin 47,7 %-i mobil telefon rabitəsi sahəsində formalaşıb.