Naxçıvanın xarici ticarət dövriyyəsi 15 %-ə yaxın artıb
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 39 milyon 825 min 70 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 14,8 % artıb.
Bu dövr ərzində muxtar respublikanın ticarət dövriyyəsinin 3 milyon 331 min 800 ABŞ dollarını və ya 8,4 %-ini ixrac olunmuş məhsulların, 36 milyon 493 min 270 ABŞ dollarını və ya 91,6 %-ini isə idxal məhsullarının dəyəri təşkil edib.
Dövr ərzində ötən ilin 4 ayı ilə müqayisədə müvafiq olaraq ixrac 3,3 %, idxal isə 15,9 % artıb.