Siyasət

“Rusiya cığallıq edir”


“Göründüyü kimi Rusiya növbəti dəfə cığallıq etdi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, mayın 15-də Rusiya ilə Ukrayna arasında görüş keçirilməli idi: “Ukrayna prezidenti belə Türkiyəyə gəlmişdi, eyni zamanda Ukraynadan uyğun heyət də görüşmək üçün İstanbula gəlmişdi. Amma Rusiya tərəfi nümayəndə heyəti göndərsə də, faktiki olaraq bu görüşün baş tutmaması üçün çalışır. Bu günə kimi də həmin görüş baş tutmur. Rusiya cığallıq edir. Əslində görüşün təşəbbüskarı Rusiya prezidenti Vladimir Putin idi. Ukrayna tərəfi də heç bir qeyd-şərtsiz görüşüb atəşkəsə nail olmağa hazırlığını ifadə etmişdi. Əslinə qalanda bu görüş keçirilməli idi və atəşkəs elan edilməli idi.

Bəlkə də, onlar gözləmirdilər ki, belə bir təşəbbüs irəli sürsələr, Ukrayna bunu qəbul edər. Amma Ukrayna da cəld tərpəndi. Zelenskinin şəxsində qeyd-şərtsiz atəşkəsə hazır olduqlarını bildirdi. Faktiki olaraq görüş üçün də, hətta Zelenskinin özü belə Türkiyəyə gəlmiş oldu. O, eyni zamanda Vladimir Putini də Türkiyəyə dəvət etdi. Lakin göründüyü kimi Rusiya həmişə olduğu kimi bu dəfə də oyunpozanlıq etdi. Hazırda bu görüş baş tutmayıb. Bu gün ayın 16-sıdır. Gözləyirik, ola bilsin, bu gün nümayəndə heyətləri arasında bir görüş olsun. Amma nəzərə almalıyıq ki, Rusiyanın cığallığı hər halda bu görüşün baş tutmamasına daha çox hesablanıb”.