“Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır”
Almaniya kansleri Fridrix Mertz bildirib ki, Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır və mayın 20-də Brüsseldə qəbul ediləcək. SİA xəbər verir ki, o bu barədə ZDF telekanalına müsahibəsində deyib. “Bu paket hazırdır və gələn çərşənbə axşamı Brüsseldə qəbul ediləcək. Məsləhətləşmələr başa çatıb”, – kansler qeyd edib. Eyni zamanda, Almaniya hökumətinin başçısı sanksiyaların dərhal qüvvəyə minəcəyini vurğulayıb. “Onlar (red. – məhdudiyyətlər) hazırdır, qüvvəyə minir və növbəti sanksiya paketi hazırlanır”.