Siyasət

Spiker “İstilik təchizatı haqqında” qanun üzrə dinləmə keçirilməsi ilə bağlı tapşırıq verib


Milli Məclisdə “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi üçün dinləmə keçiriləcək. SİA xəbər verir ki, bu təkliflə bu gün Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.

Sədr Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin rəhbəri Sadiq Qurbanova bununla bağlı tapşırıq verib.

Sənəd Prezident İlham Əliyevin imzaladığı “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” 29 aprel 2022-ci il tarixli sərəncamına uyğun hazırlanıb. Qanun layihəsinə əsasən, istilik təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri, dövlət tənzimləməsinin əsas məqsədləri, dövlətin vəzifələri müəyyən edilir. Bundan əlavə, sənəddə istilik təchizatı sektorunda dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifələri təsbit edilir.