Ukrayna və Rusiya nümayəndə heyətləri arasında görüş başa çatıb…
…Reuters xəbər verir ki, cümə günü, mayın 16-da İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında görüş başa çatıb. Bu, Kremlin təslim olmaq üçün qəbuledilməz şərtlər irəli sürdüyü 2022-ci ilin martından bəri ilk açıq danışıqlardır.
SİA-nın məlumatına görə, Sky News xəbər verir ki, Rusiya danışıqlarda qeyri-real və əvvəllər müzakirə edilən hər şeydən çox tələblər irəli sürüb, ukraynalı diplomatik mənbə bildirib. Xüsusilə, Kreml nümayəndələri atəşkəs üçün şərt kimi Ukrayna qoşunlarının Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərindən çıxarılmasını tələb ediblər.
Rusiya Ukraynadan atəşkəs sazişi bağlamaq üçün qoşunlarını öz ərazisindən çıxarmağı tələb edir.
Rusiya tələblərinə digər “qeyri-standart” məqamlar da daxildir.
Ukrayna media mənbələrinin məlumatına görə, Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda danışıqlara “fasilə veriblər”; onlar hələ tamamlanmayıb.
Ukrayna və Rusiya nümayəndə heyətləri hələlik sarayda qalıb.
Bu arada Rusiya mediası da yazır ki, “Rusiya danışıqlarda fasilə verib”.
Ukrayna rəsmisi The Telegraph-a bildirib ki, planlaşdırılmasa da, Rusiya ilə növbəti danışıqlar aparıla bilər.
…Əgər onlar Moskvadan müxtəlif göstərişlər alsalar, o zaman ola bilsin ki, bu gün nəsə baş versin, – deyə danışıqlardan sonra mənbə bildirib və əlavə edib ki, “hələlik bu, planlaşdırılmır”.
Əli Babayev