Umerov qarşıdan gələn danışıqların ikinci raundu ilə bağlı şərh verib
Ukrayna nümayəndə heyəti tezliklə İstanbulda Rusiya ilə danışıqların ikinci raundunun gündəliyini təqdim edəcək. SİA-nın məlumatına görə, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov deyib, videonu Ukraynanın “Obşçestvennoe” nəşri YouTube-da dərc edib.
Ukrayna nümayəndə heyətinin rəhbəri söz verib: “Biz sizə tezliklə məlumat verəcəyik”.
Umerovun sözlərinə görə, Rusiya ilə danışıqların birinci raundunda atəşkəs və əsirlərin mübadiləsi ilə bağlı müzakirələr aparılıb.
Onun sözlərinə görə, bu məsələlər nizamlanma prosesində prioritetdir.
Bundan əvvəl Umerov Rusiya ilə münaqişə zamanı ən böyük məhbus mübadiləsini açıqlayıb.
Lakin Ukrayna Müdafiə Nazirliyinin rəhbəri bunun dəqiq nə vaxt baş verəcəyini açıqlamayıb.
Əli Babayev