Sosial

YAP Sabunçu Rayon Təşkilatında hesabat-seçki yığıncaqları davam edir


YAP Sabunçu Rayon Təşkilatının Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsi 327 (1 saylı Uşaq Somatik sanatoriyası) ünvanı üzrə ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. SİA xəbər verir ki, Yığıncaqda çıxış edən YAP Sabunçu Rayon Təşkilatının məsul əməkdaşları qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası vətənimizin ən böyük siyasi partiya olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi partiyadır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. Heç şübəhsiz nüfuzlu güc mərkəzinə çevrilməsinin şərtləndirən əsas amil həmişə xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmasıdır.

Çıxışlardan sonra ərazi ilk partiya təşkilatına yeni sədr və sədr müavininin seçilməsi məsələsinə baxılıb. Təşkilatın sədrliyinə Gülşən Cabbarovanın, sədr müavinliyinə isə Jalə Mehdiyevanın namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində ərazi partiya təşkilatının sədri Gülşən Cabbarova, sədr müavini isə Jalə Mehdiyeva seçilib.

Ərazi partiya təşkilatının seçilmiş yeni sədr və sədr müavini göstərilən etimadı doğrultmağa çalışacaqlarını qeyd ediblər.