Dünya

Ərdoğan Qara dənizdə böyük qaz yatağının aşkar edildiyini açıqlayıb


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə böyük qaz yatağının tapıldığını bildirib.

SİA-nın məlumatına görə, onun sözləri TASS-a istinadən xəbər verilir.

…Qara dənizdə “Gəktəpə-3” quyusunda yeni qaz yatağı aşkar edilib. “Həcm 75 milyard kubmetrdir”, -deyən Ərdoğan, quyuda işlərin martın 27-də başladığını və mayın 16-da tamamlandığını bildirib.

Yanacağın təxmini dəyərinin 30 milyard dollar olduğu qeyd edilir.

Ərdoğan əlavə edib ki, kəşf edilən yataq üç il yarım ərzində türk təsərrüfatlarını qazla təmin edə biləcək.

Bundan əvvəl məlum olmuşdu ki, Fransa mart ayında Rusiya qazının əsas Avropa alıcısı olub.

Yazın əvvəlində ölkə 456 milyon avro dəyərində yanacaq alıb ki, bu da 2022-ci ilin sonundan bəri ən yüksək məbləğdir. İkinci yerdə Macarıstan, üçüncü yerdə isə İspaniya olduğu bildirilir.

Əli Babayev