Dünya

ABŞ prezidenti Zelenskini xarakterizə edib…





O, Vaşinqtona gəlir və 100 milyard dollarla gedir, sonra isə getdikcə daha çox,..daha çox istəyir…



…ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə bağlı səciyyələndirici açıqlama verib. Siyasətçi onu dünyanın ən yaxşı treyderi adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Tramp bu baxımdan Zelenskinin ondan da üstün olduğunu vurğulayıb.

…O, Vaşinqtona gəlir və 100 milyard dollarla gedir, sonra isə getdikcə daha çox,..daha çox istəyir.

Qeyd edək ki, Amerika prezidenti bunu “Fox News”-a müsahibəsi zamanı bildirib.

Trampın sözlərinə görə, son səfəri zamanı Zelenski cəmi 60 milyard dollar ala bilib.

Maraqlıdır ki, amerikalı siyasətçi bu pulların hara getdiyini bilmədiyini deyib.

Bundan əvvəl Tramp Zelenskinin Vaşinqtondakı görüşdə əlavə silah tələb etdiyini bildirib.

…Yeri gəlmişkən, Putinin Zelenskini kənarlaşdırmaqla Trampla danışıqlar imkanını əldə etdiyi də yazılıb.

Əli Babayev