Siyasət

Azərbaycan Prezidentinin köməkçisi Tehranda Dialoq Forumunda iştirak edir


Mayın 18-də İranın paytaxtı Tehran şəhərində Dialoq Forumu işə başlayıb. SİA xəbər verir ki, Forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edir.

İran Prezidenti Məsud Pezeşkianın və 53 ölkədən nümayəndələrin iştirakı ilə açılışı keçirilən Dialoq Forumunda müxtəlif ölkələrin rəsmilərinin, o cümlədən nazirlərin, beyin mərkəzləri rəhbərlərinin və beynəlxalq ekspertlərin çıxışları nəzərdə tutulur.

Forum mayın 19-dək davam edəcək.