Dünya

Fidan Əraqçi ilə kritik məsələni müzakirə etdi


Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə İranın nüvə proqramı üzrə danışıqları müzakirə edib. SİA xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib. “Xarici işlər naziri Fidan Əraqçi ilə telefonla İranın nüvə proqramı üzrə danışıqların gedişatını müzakirə edib”, – agentliyin mənbəsi bildirib.

Mayın 17-də İran Prezidenti Məsud Pezeşkian ölkənin hərbi sahədə və nüvə enerjisindən dinc məqsədlərlə istifadə edilməsində əldə etdiyi nailiyyətlərin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə qəti sadiq olduğunu bəyan edərək , istənilən şəraitdə onlardan imtina etmək imkanını istisna edib. Eyni zamanda o, Tehranın İranın nüvə proqramı ilə bağlı məsələlərdə Vaşinqtonla dialoqu davam etdirməyə hazır olduğunu vurğulayıb.