Polşada prezident seçkiləri keçirilir
Polşada prezident seçkiləri keçirilir. SİA xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Səsvemrə hüququna malik olan 29 milyonadək polşalı 13 namizəd arasından seçim edəcək.
Namizədlərdən biri birinci turda qələbə qazana bilməsə, Polşa liderinin adı ikinci turda – iyunun 1-də keçiriləcək səsvermədə müəyyənləşəcək.
Əsas rəqiblər “Hüquq və Ədalət” partiyasının namizədi, Milli Yaddaş İnstitutunun rəhbəri Karol Navroçki, hakim koalisiyanın dəstəklədiyi Baş nazir Donald Tusk və Varşava meri Rafal Trzaskowskidir.