Rusiya Sevastopoldan hərbi texnikasını geri çəkməyə başlayıb
Rusiya cəbhədəki çatışmazlıqlara görə Sevastopoldan hərbi texnikanı çıxarır.
SİA-nın məlumatına görə, “ATEŞ” hərəkatının agentləri Sevastopoldakı hərbi bazadan hərbi texnikanın kütləvi çıxarılmasını qeydə alıblar.
Ərazi demək olar ki, boşdur – bir neçə yeni “QAZ” və “KAMAZ” yük maşınları da daxil olmaqla cəmi bir neçə texnika qalıb.
Ərazidə olan insanlar əsasən mülki şəxslərdir – qadınlar və qocalar təmizlik işləri aparırlar.
Burada hərbi qulluqçular azdır; onları yalnız müşahidə qülləsində və ərazinin kənarında görünürlər.
İlkin hesablamalara görə, texnika cəbhədə kəskin silah çatışmazlığı səbəbindən çıxarılıb, ona görə də maşınların əksəriyyəti başqa ərazilərə yerləşdirilib.
Partizanlar artıq toplanmış bütün məlumatları əlavə təhlil üçün Ukrayna Müdafiə Qüvvələrinə ötürüblər.
Əli Babayev